Parisdə keçirilən Olimpiya və Paralimpiya oyunlarının qalibləri medallarını geri qaytarırlar
İdman
13.01.2025 21:19
2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanan 100-dən çox idmançı medalını qaytarıb.
TodayPress xəbər verir ki, buna səbəb medal keyfiyyətinin zəif olmasıdır.
Məlumata görə, medalları hazırlayan Paris Zərbxanasında
keyfiyyət standartları kobud şəkildə pozulub. Bu səbəbdən zavodun üç əsas rəhbər
şəxsi - sənaye direktoru, istehsal direktoru və keyfiyyət, əməyin mühafizəsi, təhlükəsizlik
və ətraf mühit üzrə departament rəhbəri işdən azad olunub.
İlk şikayətlər ABŞ-ın skeytbord idmançısı Nayca Hjuston və Fransanın üzgüçülük üzrə idmançısı Maksim Qrussenin bürünc medalları ilə bağlı olub.
İdmançıların sözlərinə görə, yarış bitdikdən iki həftə sonra medallarında örtük çatlayıb və soyulmağa başlayıb.
Mütəxəssizlər hesab edirlər ki, belə bir vəziyyət gələcəkdə beynəlxalq tədbirlər zamanı istehsalat proseslərinə daha ciddi yanaşılmasının vacibliyini bir daha göstərir.
Qeyd edək ki, baş verən hadisə Paris-2024 Oyunlarının təşkilati heyətinin
nüfuzuna mənfi təsir edib.
Aynur TAC
tag: İdman,Paris, Yay Olimpiya, Paralimpiya, İdmançı, Medal, ABŞ, todaypress.az,