Parisdə İndoneziya komandasının əməkdaşı qarət olundu
İdman
07.08.2024 10:53
İndoneziyanın badminton üzrə olimpiya komandasının əməkdaşı Arman Darmaci qarət olunub.
TodayPress xəbər verir ki, hadisə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı baş verib.
Yığmanın menecerinə məxsus çanta bazar ertəsi avtomobildən oğurlanıb. Cinayətkarlar pul, kredit kartı və pasportu götürüblər.
tag: Paris, İndoneziya, Arman Darmaci, Fransa, Paris, todaypress.az,