Parisdə idmançılara verilən yeməkdən qurd çıxdı

İdman

07.08.2024 14:16

Üzgüçülük üzrə üçqat Olimpiya çempionu Adam Piti multiidman oyunlarında verilən yeməklərin keyfiyyətindən narazılıq edib.

TodayPress xəbər verir ki, britaniyalı idmançı onlara verilən balıqdan qurd tapıldığını deyib:  

“Qidalanma idmançılardan gözlənilən performans səviyyəsi üçün kifayət qədər yaxşı deyil. Tokio və  Rio Olimpiadalarında yeməklər inanılmaz idi. Amma indi uzun növbələr olur, yemək üçün 30 dəqiqə gözləməli oluruq.

Mən ət yemək istəyirəm, yarış üçün ət lazımdır və mən evdə belə yeyirəm. Bəs niyə indi nəyisə dəyişməliyəm? Balığı sevirəm, amma onun içindən qurd çıxır. Mən sadəcə insanların öz işlərində daha yaxşı olmasını istəyirəm".

Qeyd edək ki, Paris Olimpiadasının kəndlərində daha əvvəl də qida keyfiyyəti ilə bağlı narazılıq olub. 

Almaniya otüstü xokkey komandasının oyunçuları və dəfələrlə Olimpiya çempionu olan amerikalı gimnast Simone Biles tərəfindən yeməklər tənqid edilib.

Namiq HUN

tag: Paris, Yemək, Simone Biles, Almaniya, Gimnast,Britaniya, todaypress.az,