Parisdə idmançılar soyulur, turistlər zorakılığa məruz qalır
Paris Olimpiadası bu gedişlə hər hansı digər oyunları geridə qoyacaq.
TodayPress xəbər verir ki, olimpiyaçıların düşərgəsində karton çarpayılar hamı üçün rahat deyil, yeməkxanada yemək yemək istəyənlərin sayından azdır.
Fransada işçilər höküməti tətillərlə hədələyir. Olimpiadanın açılış mərasiminin keçiriləcəyi Sena çayı ətrafında hələ də həllini tapmayan məsələlər var. Paytaxtda polis oyunları pozmağa çalışanlar qarşısında acizdir.
Bütün bunlara quldurluqlar da əlavə olunub. Futbol turnirinin qrup mərhələsi başlamazdan əvvəl, Argentina millisinin yarımmüdafiəçisi Tiaqo Almada əşyasız qalıb. O, dəymiş ziyanı 50 min avro qiymətləndirir.
Argentina yığma komandasının baş məşqçisi Xavyer Maskerano açıqlamasında, “Tiaqo Almadanın əşyaları oğurlanıb, üzüklər və saatlar məşqdən sonra itib, lakin biz bu barədə danışmaq istəmədik” deyib.
Parisdə Olimpiadanı işıqlandırmağa gələn Avstraliyanın “Nine Entertainment” media şirkətinin əməkdaşları hücuma məruz qalıb. Hər 2 şəxs Parisin şimal-şərqində yerləşən yayım mərkəzindən evə qayıdarkən, bir qrup naməlum şəxsin hücumuna məruz qalıb. Polis artıq hadisədən xəbərdardır.
Namiq HUN
tag: Paris, Argentina, Xavyer Maskerano, Tiaqo Almada, Avstraliya, todaypress.az,