"Parisdə fəlakət olacaq. Amma bu, şounun keyfiyyətinə xələl gətirməyəcək”

İdman

26.07.2024 15:18

1495

Parisdə Olimpiya Oyunlarının açılışı zamanı yağış yağacağı proqnozlaşdırılır. 

TodayPress xəbər verir ki, fransalı sinoptik Patrik Marlier Parisdə Olimpiya Oyunlarının açılış mərasimi zamanı Fransa paytaxtında yağış gözlənildiyini deyib:  

“Bu bir neçə saat ərzində fəlakət olacaq. Səhər saatlarında gözlənilən yağış, elədə ciddi deyil. Lakin gün ərzində qısamüddətli fasilədən sonra yağışlar yenidən davam edəcək.

Axşam saatları ərzində yağıntının ümumi miqdarı əhəmiyyətli olacaq - 25-30 mm-ə qədər. Cəmi bir neçə saat ərzində 15 günlük yağış yağacaq. Kifayət qədər güclü yağış gözlənilir ki, bu da bütün Ile-de-France bölgəsinə təsir göstərəcək” Marlier bildirib.

Olimpiadanın açılış mərasimi zamanı yağışın yağma ehtimalı 50% qiymətləndirilir.

Fransanın idman naziri Ameli Udea-Kastera əmindir ki, hava şəraiti tədbirin keyfiyyətinə təsir etməyəcək. 

"Yağış bayramı pozmayacaq, biz hava şəraitinə nəzarət etməyi öyrənmişik. Hava heç bir şəkildə tamaşanı pozmayacaq. Hava yaxşı olanda həmişə daha gözəl olur, biz bunu gizlətməyəcəyik, amma bu, şounun keyfiyyətinə xələl gətirməyəcək” Udea-kastera bildirib.

Qeyd edək ki, Yay Olimpiya Oyunları tarixində ilk dəfə olaraq açılış mərasimi stadionda deyil, birbaşa şəhərin özündə baş tutacaq. Sena çayı üzərində idmançıların paradı keçiriləcək.

Namiq HUN

tag: Paris, Olimpiada,Udea Kastera,Yağış,Açılış, todaypress.az,