Parisdə əfsanəvi futbolçunu qarət etdilər

İdman

26.07.2024 16:43

1767

Braziliya futbolunun əfsanələrindən biri olan Ziko Fransa paytaxtında qarət olunub.

TodayPress xəbər verir ki, Braziliya millisi ilə Yay Olimpiya Oyunlarına yollanan 71 yaşlı keçmiş yarımmüdafiəçinin 500 min avro dəyərində portfeli oğurlanıb.

Çantada bahalı saat, brilyantlar, nağd pul və müxtəlif zinət əşyaları olub. Parisin hüquq-mühafizə orqanları işlə bağlı araşdırmaya başlayıb.

Namiq HUN

tag: Paris, Ziko, Braziliya, Yay Olimpiya Oyunları, Araşdırma, todaypress.az,