Parisdə daha 2 idmançı koronavirusa yoluxdu

İdman

31.07.2024 10:45

XXXIII Yay Olimpiya Oyunlarında daha 2 idmançıda koronovirus aşkarlanıb.

TodayPress xəbər verir ki, amerikalı üzgüçülər Devid Conston və Lyuk Uitlokun analizləri müsbət nəticə verib.

Hər iki üzgüçü karantindədir.

Qeyd edək ki, amerikalılardan əvvəl böyük britaniyalı üzgüçü Adam Piti və avstraliyalı Lani Pallisterdə də koronavirus aşkarlanıb. Olimpiadanın startından əvvəl isə beş avstraliyalı su polosuçusu da bu infeksiyaya yoluxub.

Namiq HUN

tag: Virus, Amerika, Paris, Devid Conston, Lyuk Uitlok, Koronovirus, todaypress.az,