Parisdə biletlər tükəndi, rekord satış oldu
İdman
21.07.2024 11:00
Paris-2024 Yay Olimpiya Oyunlarının biletləri rekord sayda satılıb.
TodayPress xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin idman direktoru Kit Makkonnell açıqlayıb.
O, indiyə qədər 8,8 milyon biletin satıldığını bildirib. İdman direktorunun sözlərinə görə, daha çox idman yarışlarına üstünlük verilib.
Xatırladaq
ki, bundan əvvəlki rekord Atlanta-96 Olimpiadasında olub. ABŞ-da keçirilən
Oyunlarda 8,3 milyon bilet satılıb.
tag: İdman,Paris 2024, Olimpiya Oyunları, Atlanta, Təşkilatçılıq, Bilet Satışı, todaypress.az,