Parisdə arena qaranlığa qərq oldu
Paris Olimpiadasında növbəti xoşagəlməz hal yaşanıb.
TodayPress xəbər verir ki, voleybol matçı zamanı arenanın işıqları sönüb.
Hadisə ABŞ və Yaponiyanın kişilərdən ibarət yığmaları arasında keçirilən matçda baş verib. Hesab 2:1 olarkən, arena qaranlığa qərq olub. Amma 2 dəqiqədən sonra problem öz həllini tapıb.
Qeyd edək ki, görüş ABŞ voleybolçularının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Paris, Arena, ABŞ, Yaponiya, Voleybolçu, Hadisə, todaypress.az,