Paris tennis turnirinin pul mükafatı artdı
“Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro olacaq.
TodayPress yarışın rəsmi sosial media hesabına istinadən xəbər verir ki, “Böyük Dəbilqə” seriyalı turnirdə ötən illə müqayisədə pul mükafatı 5,21 % artıb ki, bu da 2,87 milyon avro deməkdir.
Raundlar arasında vəsaitin bölüşdürülməsinin təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, “Rolan Qarros” tennis turniri mayın 25-dən iyunun 8-dək Parisdə keçiriləcək.
Xatırladaq ki, ötən il kişi tennisçilərin turnirini ispaniyalı Karlos Alkaras, qadınlarda isə polşalı raketka ustası İqa Svyontek qazanıb.
Namiq HUN
tag: Paris,Tennis,Turnir,Mükafat,Todaypress.az,