Paris Paralimpiadasında ikinci qızıl medal!
İdman
02.09.2024 13:52
XVII Yay Paralimpiya Oyunlarının beşinci yarış günündə paratletimiz Səid Nəcəfzadə mübarizəyə qoşulub.
TodayPress xəbər verir ki, paraatletimizin Paris çıxışı uğurlu olub.
Tokio Paralimpiadasının bürünc medalçısı, dünya çempionu Səid Nəcəfzadə T12 kateqoriyasında uzunluğa tullanma yarışında 7.27 m nəticə ilə oyunların qızıl medalını qazanıb.
Namiq HUN
tag: Yay,Paralimpiya,Səid Nəcəfzadə,Paris ,Medal,