Paris Olimpiadasındakı bayraqdarlarımız bilindi

İdman

11.08.2024 09:23

Azərbaycanın XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları bəlli olub. 

TodayPress xəbər verir ki, bu vəzifəni taekvondoçu Qaşım Maqomedov və bədii gimnast Zeynəb Hümmətova yerinə yetirəcəklər. 

Bağlanış mərasimi avqustun 11-də saat 23:00-da start götürəcək. 

Qaşım Maqomedov XXXIII Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Zeynəb Hümmətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub. 

Qeyd edək ki, açılış mərasimində bayrağımızı boksçu Məhəmməd Abdullayev və cüdoçu Gültac Məmmədəliyeva dalğalandırıblar.   

Namiq HUN

tag: Paris 2024,bayraqdar,todaypress.az,idman,Zeynəb Hümmətova,Qaşım Maqomedov,