Paris Olimpiadasında yeni rekord
İdman
29.07.2024 16:31
Paris Olimpiadasında qələbə qazanan 61 yaşlı stolüstü tennisçi Ni Xialian unikal rekorda imza atıb.
TodayPress xəbər verir ki, Lüksemburq təmilçisi 1/32 finalda türkiyəli Sibel Altınkayanı üstələyərək olimpiadalar tarixində qalib gələn ən yaşlı stolüstü tennisçi olub.
Ni Xialian növbəti mərhələdə özündən 38 yaş kiçik olan çinli Sun Yinqşa ilə qarşılaşacaq.
Namiq HUN
tag: Paris, Olimpiada, Lüksemburq, Ni Xialian, Altınkaya, todaypress.az,