Paris Olimpiadasında təşkilati problemlər

İdman

26.07.2024 09:50

2246

Paris Olimpiadası iki problem ilə üzləşib.

TodayPress xəbər verir ki, Olimpiya Oyunlarının qonaqları içməli su və nəqliyyat çatışmazlığı kimi  təşkilati problemlərlə üzləşiblər.  

Nəqliyyat problemi Fransaya gələnlərin ilk qarşılaşdığı problemdir. Parisdə xüsusi hava limanı transferləri və metro stansiyalarında eskalatorlar yoxdur.

Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Namiq HUN

tag: Paris, Olimpiada, Fransa, Qonaqlar, Problem, todaypress.az,