Paris Olimpiadasında qazanılan medallar keyfiyyətini itirdi

İdman

15.01.2025 14:08

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycanın iki idmançısının medalı keyfiyyətini itirib.

TodayPress xəbər verir ki, bunlar taekvondoçu Qaşım Maqomedov (58 kq) və yunan-Roma güləşçisi Həsrət Cəfərovdur (67 kq).

Olimpiyaçıların multi-idman oyunlarında qazandıqları gümüş və bürünc mükafatlarının keyfiyyəti arzuolunan səviyyədə deyil.

Milli Olimpiya Komitəsinin xarici əlaqələr departamentinin direktoru Anar Bağırov yekun araşdırmalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət edəcəklərini bildirib. 

Qeyd edək ki, daha əvvəl 100-dən çox idmançı Paris Olimpiadasında qazandıqları medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıblar. 

Namiq HUN

tag: Olimpiya, Komitə ,Paris ,Medal, todaypress.az,