Paris Olimpiadasında növbəti xoşagəlməz hadisə yaşanıb
İdman
27.07.2024 12:07
TodayPress xəbər verir ki, Cənubi Koreya millisinin bir qrup üzvü Olimpiya kəndini tərk edib.
6 üzgüçü yarış yerinə yaxın oteldə məskunlaşıb. Cənubi koreyalı idmançılar bu addımı nəqliyyatla bağlı problemlərə görə atıblar.
Üzgüçülər hər dəfə Olimpipya kəndindən hovuza getmək üçün saatyarımdan artıq vaxt sərf edirdilər.
Namiq HUN
tag: Paris, Olimpiada, Cənubi Koreya, Üzgüçülər, Nəqliyyat, todaypress.az,