Paris Olimpiadasında dopinq qalmaqalı

İdman

02.08.2024 16:41

Beynəlxalq Olimpiya Komitəsi Paris Olimpiadasında ən çox dopinq testindən keçən idmançıların adlarını açıqlayıb.

TodayPress xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin kommunikasiyalar üzrə direktoru Mark Adams keçirdiyi brifinqdə bildirib ki, dopinq qalmaqalı fonunda Paris Olimpiadasında ən çox testdən keçən idmançılar Çindən olan üzgüçülər olub.

"Onlar burada ən çox testdən keçiriliblər. Yanvar ayından bəri 600-ə yaxın test götürülüb. Bütün testlər təmizdir. Siz heç vaxt hər hansı digər milli komandada olduğu kimi heç nəyə 100% əmin ola bilməzsiniz, lakin bütün lazımi testlər aparılıb” Mark Adams bildirib.

Xatırladaq ki, 2021-ci ilin yanvarında 23 çinli üzgüçünün orqanizmində qəbulu qadağan olunmuş trimetazidin tapılıb. Dopinq testin nəticəsi müsbət olsa da, onlara Tokio Olimpiadasında iştiraka icazə verilib.

Qeyd edək ki, adları dopinq qalmaqalında hallanan 11 üzgüçü Paris Olimpiadası üçün Çin yığmasına daxil edilib.

Namiq HUN

tag: Dopinq, Tokio,Paris, Test, Mark Adams, todaypress.az,