Paris Olimpiadasında cəsusluğa cəhd cəzalandırıldı

İdman

26.07.2024 12:10

901

Kanadanın qadın futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Beverli Priston vəzifəsindən kənarlaşdırılıb.

TodayPress Kanada Olimpiya Komitəsinə istinadən xəbər verir ki, buna məşqçinin Paris Olimpiadasında Yeni Zelandiyaya qarşı keçirəcəkləri oyun ərəfəsində rəqib komandanın məşqini izləmək üçün drondan istifadə etməsi səbəb olub.

Kanada millisinin əməkdaşının idarə etdiyi dron Yeni Zelandiya yığmasının məşqi zamanı səmada görünüb. B.Priston bütün məsuliyyəti öz üzərinə götürüb. Nəticədə mütəxəssisin fəaliyyəti araşdırmalar bitənə qədər dayandırılıb.

Yay Olimpiya Oyunlarında Kanada yığmasını meydana Endi Spens çıxaracaq.

Namiq HUN

tag: Paris, Olimpiada, Kanada, Yeni Zenlandiya, Priston, todaypress.az,