Paris duelini Novak Cokoviç qazandı

İdman

29.07.2024 18:10

Serbiyalı tennisçi Novak Cokoviç Paris Olimpiadasında növbəti görüşünü keçirib.

TodayPress xəbər verir ki, o, 1/16 final mərhələsində kortda ispaniyalı Rafael Nadalla üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin 2:0 hesablı qələbəsi ilə başa çatıb (6:1, 6:4). 

Qeyd edək ki, 37 yaşlı tennisçi birinci turda avstraliyalı Mettyu Ebdeni eyni hesabla üstələyib.

Namiq HUN

tag: Paris, Novak Cokoviç, Final, Rafael Nadal, Mettyu Ebden, todaypress.az,