"Paris-2024"ün başlamasına sayılı dəqiqələr qaldı

İdman

24.07.2024 09:49

Paris Olimpiadası bu gün futbol və reqbi oyunları ilə start götürəcək. 

TodayPress xəbər verir ki, futbol yarışlarının açılış matçlarında Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla qarşılaşacaq.

Reqbi üzrə açılış oyunu isə Avstraliya və Samoa komandaları arasında olacaq.

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 26-da Sena çayında təşkil ediləcək. 

Namiq HUN

tag: Paris 2024, Olimpiada, Avstraliya, Samoa, Sena, todaypress.az,