“Paris-2024”: Lamiyə Vəliyeva Paralimpiya çempionu oldu
İdman
03.09.2024 22:39
Azərbaycan paraatleti
Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
TodayPress xəbər verir ki, T13
kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəni 11,76 saniyəyə qət
edərək nail olub.
Bununla da
“Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı yeni dünya
rekordunu müəyyənləşdirib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.
tag: Lamiyə Vəliyeva, Paris-2024, Medal, Gümüş,Qızıl,Tokio-2020,