Paris-2024: Lamiyə gümüş medal qazandı

İdman

07.09.2024 13:04

Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Paris Paralimpiadasında növbəti finalında çıxış edib.

TodayPress xəbər verir ki, atletimiz bu dəfə 400 metr məsafəyə qaçışda gümüş medal qazanıb. 

O, finiş xəttini 55,09 saniyəyə keçib.

Qeyd edək ki, Lamiyə Vəliyeva bundan əvvəl T13 kateqoriyasında 100 m məsafəyə qaçışda çempion olub.

Namiq HUN

tag: Azərbaycan ,Lamiyə Vəliyeva ,Paris, Çempion, todaypress.az,