Paris-2024-də məşqlər yenə ləğv edildi
İdman
04.08.2024 13:00
Təşkilatçılar Paris Olimpiadasında qarışıq estafet ərəfəsində
növbəti dəfə triatlonçular üçün nəzərdə tutulmuş bazar günü məşqini ləğv ediblər.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat
yayıb.
Qərar əsasən Sena çayında suyun keyfiyyəti aşağı
olduğu üçün məşqlər müvəqqəti olaraq təxirə salınıb.
Qeyd edək ki, bundan əvvəl də eyni səbəbə görə məşq də
ləğv edilmişdi.
Xatırladaq ki, Fransa Prezidenti daha əvvəl həmin çayın
təmiz və təhlükəsiz olduğunu sübut etmək üçün orada üzmüşdü.
Töhfə Səməd
tag: Paris 2024, Olimpiya Oyunları, Təşkilatçılıq,Təxirə salınma,Triatlonçular,todaypress.az,