Paris-2024-də media qadağası: jurnalistlər oyuna buraxılmayacaq

İdman

21.07.2024 14:00

“Demək olar ki, Rusiya və Belarusdan olan junralistlərə akkreditasiya verməmişik”.

TodayPress xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jerald Damanen deyib.

Rəsmi nümayəndənin sözlərinə görə, casusluq kimi halların qarşısını almaq üçün 100-ə yaxın müraciət qəbul edilməyib.

“Siyahını açıqlamaq istəmirəm. Biz böyük sayda jurnalistin Olimpiadanı işıqlandırmasına icazə verməmişik” deyə o, sözlərinə davam edib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-da start götürəcək.

tag: Paris 2024, Olimpiya Oyunları,Media,Qadağa,todaypress.az,