“Paris-2024”: Azərbaycanın daha bir paraüzgüçüsü bürünc medal qazandı

İdman

05.09.2024 21:40

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

 

TodayPress xəbər verir ki, SB13 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışının final mərhələsində çıxış edib. O, 1:05:35 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 3 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

tag: Bürünc, Vəli İsrafilov, Paris-2024,Paraüzgüçü,todaypress.az,