“Paris-2024”: Azərbaycan paraüzgüçüsü növbəti dəfə medal qazandı
İdman
04.09.2024 20:26
Azərbaycan paraüzgüçüsü
Raman Saley "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal
qazanıb.
TodayPress xəbər verir ki, S12
kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəyə sərbəst üzmə üsulunda
53.65 nəticə göstərərək nail olub. O, daha əvvəl S12 kateqoriyasında 100 metr
məsafəyə arxası üstə üzmə üsulunda gümüş mükafata layiq görülüb.
Raman Saley Paris
Paralimpiadasında daha bir kateqoriyada çıxış edəcək. Təmsilçimiz sentyabrın
7-də S12 kateqoriyasında 100 metr məsafəyə "butterfly" (kəpənək) üzmə
üsulunda mübarizə aparacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.
tag: Raman Saley,Paralimpiada,Paris-2024,Bürünc,Medal,todaypress.az,