Paris-2024: Azərbaycan medal sıralamasında gerilədi

İdman

06.09.2024 11:05

Azərbaycan Paris Paralimpiadasının medal sıralamasında 32-ci pillədə qərarlaşıb.

TodayPress xəbər verir ki, Azərbaycan medal sıralamasında 32-ci yerdədir.

Hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 3 bürünc medal var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (uzunluğa tullanma) və Lamiyə Vəliyeva (100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) ilə Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək) bürünc medala sahib çıxıblar.

Siyahıya Çin (74 qızıl, 55 gümüş, 37 bürünc) başçılıq edir. Böyük Britaniya (36 qızıl, 29gümüş, 19 bürünc) ikinci, ABŞ (27 qızıl, 33 gümüş, 12 bürünc) üçüncüdür.

Namiq HUN

tag: Paris Paralimpiadası,Azərbaycan,İmaməddin Xəlilov,Medal,todaypress.az,