Paris-2024: Azərbaycan medal sıralamasında 28-cidir
İdman
05.09.2024 11:03
Azərbaycan Paris Paralimpiadasının medal sıralamasında 28-ci pillədə qərarlaşıb.
TodayPress xəbər verir ki, hazırda milli komandanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) isə paralimpiadanın bürünc medalına sahib çıxıblar.
Siyahıya Çin (62 qızıl, 46 gümüş, 27 bürünc) başçılıq edir. Böyük Britaniya (33 qızıl, 25 gümüş, 16 bürünc) ikinci, ABŞ (25 qızıl, 26 gümüş, 12 bürünc) üçüncüdür.
Namiq HUN