Paris-2024: Azərbaycan medal sıralamasında 22-cidir

İdman

04.09.2024 10:25

Azərbaycan Paris Paralimpiadasının medal sıralamasında 22-ci pilləyə yüksəlib.

TodayPress xəbər verir ki, bu, paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl medal qazanması sayəsində mümkün olub.

Hazırda Azərbaycan komandasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Siyahıya Çin (53 qızıl, 40 gümüş, 22 bürünc) başçılıq edir. Böyük Britaniya (30 qızıl, 18 gümüş, 13 bürünc) ikinci, ABŞ (20 qızıl, 22 gümüş, 11 bürünc) üçüncüdür.

Namiq HUN

tag: Azərbaycan, Paris ,Medallar,Qızıl, Bürünc ,todaypress.az,