Paris-2024: Azərbaycan 11 medalla 28-ci yeri tutdu

İdman

09.09.2024 09:24

12 günlük Paris Paralimpiadası marafonu başa çatıb. 

TodayPress xəbər verir ki, XVII Yay Paralimpiya Oyunlarının "Stad de Frans"da reallaşan bağlanış mərasimində ölkəmizin bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva aparıb.

Azərbaycan turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunub. Komandamız Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. Azərbaycan bu nəticə ilə 169 ölkə arasında 28-ci yeri tutub.

Mini-idman oyunlarının qızıl medallarını komandamıza  İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma), Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) qazandırıb. 

Vəliyeva həmçinin 400 metr məsafəyə qaçışda gümüş medala sahib olub. Paraüzgüçü Raman Saley isə 100 metr məsafəyə arxasıüstə üzməkdə Paralimpiadanın gümüş, 100 metr məsafəyə sərbəst və "butterfly" üsulları ilə  üzməkdə bürünc medallarını boynundan asıb. 

Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) də oyunların bürünc medallarına sahib çıxıblar.

Namiq HUN

tag: Paris, Qızıl Medal, Vəliyeva ,Raman Saley, Sabir Zeynalov, todaypress.az,