Paraüzgüçümüz şəxsi rekordunu yenilədi
Azərbaycanlı paraüzgüçü Əli Vəliyev Parisdə keçirilən Dünya Seriyasında şəxsi rekordunu yeniləyib.
TodayPress Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeniyetmə paralimpiyaçı (S10) qarışıq kateqoriyalardan olan gənc paraüzgüçülər ilə birlikdə 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 1:00.90, eyni məsafəyə kəpənək üsulla üzməkdə isə 1:04.60 nəticə göstərərək şəxsi rekordunu yeniləyib.
Bütün üzmə üsullarında şəxsi kateqoriyasında finişə birinci çatan Əli Vəliyev ilk dəfə Dünya Seriyasında 400 metr məsafəyə sərbəst üsul üzməkdə də gücünü sınayıb.
Namiq HUN
tag: Azərbaycan,Paraüzgüçü,Əli Vəliyev,Rekord,Todaypress.az,