Parataekvondoçular Çində iki medal qazandılar

İdman

25.04.2025 15:25

8

Çində parataekvondo üzrə Prezident kuboku turniri keçirilib.   

TodayPress xəbər verir ki, K44 kateqoriyasında çıxış edən parataekvondoçularımız Taiyan turnirində iki medal qazanıblar.   

İmaməddin Xəlilov (70 kq) finala qədər irəliləsə də, zədə səbəbindən həlledici görüşə çıxmadığı üçün gümüş medala layiq görülüb.   

Sabir Zeynalovun (58 kq) isə prezident kuboku turnirindən qazancı bürünc medal olub.   

Qeyd edək ki, milli üzvlərindən Amin Şıxalıyev (63 kq) və Orxan Cəfərov (80 kq) turniri medalsız başa vurublar.   

Namiq HUN

tag: Parataekvando,Çin,Medal,Uğur,Todaypress.az,