Parataekvondo millisi reytin turnirdə iştirak edəcək

İdman

07.02.2025 13:08

1705

Azərbaycan parataekvondoçuları Türkiyə açıq beynəlxalq turnirində iştirak edəcəklər.   

TodayPress xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Fevralın 8-də start götürəcək yarışda K44 kateqoriyasında Amin Əliyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), Orxan Cəfərov (80 kq) və Şahmar Quliyev (+80 kq) dayanq üzərinə çıxacaqlar. 

Qeuyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.   

Namiq HUN

tag: Turnir, Türkiyə ,Parataekvondo,Teytinq,Todaypress.az,