Parataekvondo millimiz Parisdə ikinci oldu

İdman

02.09.2024 08:52

Paris Paralimpiadasında 3 parataekvondoçu ilə təmsil olunan Azərbaycan komandası 52 ölkə arasında 1 qızıl və 1 bürünc medal ilə oyunları ikinci sırada bitirib. 

TodayPress xəbər verir ki, XVII Yay Paralimpiya Oyunlarının qızıl medalını komandamıza İmaməddin Xəlilov (70 kq) qazandırıb. 

Onun komanda yoldaşı Sabir Zeynalov (58 kq) oyunların bürünc medalına sahib çıxıb. Əbülfəz Abuzərli isə (80 kq) 1/4 final mərhələsində mübarizəni dayandırıb. 

Qeyd edək ki, birinci pillədə Türkiyə komandası yer alıb. Böyük Britaniya parataekvondoçuları isə ilk üçlüyü tamamlayıb. 

Namiq HUN

tag: Paris Paralimpiadası , Sabir Zeynalov , Əbülfəz Abuzərli ,Böyük Britaniya , Türkiyə ,Azərbaycan ,todaypress.az,