Paraqvay - Argentina oyununda forma qadağası
İdman
12.11.2024 18:20
Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində baş tutacaq Paraqvay - Argentina oyunu ərəfəsində stadiona girişlə bağlı qadağalar tətbiq olunacaq.
TodayPress xəbər verir ki, yerli azarkeşlərə rəqib forması ilə arenaya daxil olmağa icazə verilməyəcək.
Paraqvaylı azarkeşlər təkcə Argentina millisinin deyil, komandanın futbolçularının klub formasını da geyinə bilməz.
Paraqvay Futbol Federasiya ölkədə Lionel Messinin çox sayda fanatı olduğundan onların “İnter Mayami”dəki geyimlə matça gəlməsindən də ehtiyat edir.
Qeyd edək ki, Paraqvay - Argentina matçı noyabrın 15-də keçiriləcək.
Namiq HUN
tag: Argentina, Azarkeşlər,Paraqvay, Forma Qadağası, todaypress.az,