Paralimpiyaçılarımız taekvondonun vətənində iz qoydular

İdman

05.07.2024 14:27

Azərbaycan parataekvondoçuları Cənubi Koreyanın açıq çempionatında 2 qızıl medal qazanıblar.

TodayPress xəbər verir ki, yığmamızın heyətində Sabir Zeynalov və İmaməddin Xəlilov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sabir Zeynalov (58 kq) finalda özbəkistanlı rəqibinə qalib gələrək Çxunçxon turnirinin qızıl medalını boynundan asıb.

İmaməddin Xəlilovun (70 kq) isə həlledici mərhələdəki meksikalı rəqibi zədə səbəbindən döyüşə çıxmayıb və o da qızıl medala sahib olub.

Qeyd edək ki, hər iki parataekvondoçumuz Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Namiq HUN

tag: Parataekvondo, Rəqiblər, Sabir Zeynalov, Cənubi Koreya, Qızıl Medal, todaypress.az,