Paralimpiyaçı qızıl medalı əldən verdi
İdman
03.07.2024 10:57
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Balkanlarda adından söz etdirib.
TodayPress xəbər verir ki, idmançımız Serbiyanın Novi Sad şəhərində təşkil edilən Dünya Reytinq Turnirində uğurla çıxış edib.
Zeynalov 10 metr məsafədən atəş açma yarışında fərqlənib. 561 xal toplayan təmsilçimiz turnirin gümüş medalını qazanıb.
Qeyd edək ki, Kamran Zeynalov Paris Paralimpiya Oyunlarına lisenziyanı ötən il Peruda keçirilən dünya çempionatında əldə edib.
Namiq HUN
tag: Qızıl Medal, Serbiya, Novi Sad, Dünya Reytinq, Turnir, todaypress.az,