Parabadmintonçu Əliyev Misirdə 2 medal qazandı

İdman

27.01.2025 09:03

Azərbaycanlı parabadmintonçu İbrahim Əliyev Misirin paytaxtı Qahirədə təşkil edilən beynəlxalq turnirdə uğurla çıxış edib.   

TodayPress xəbər verir ki, o, yarışı iki medalla başa vurub.   

19 yaşlı idmançı həm fərdi mübarizədə, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda 2 bürünc medal qazanıb.   

İbrahim Əliyev fərdi yarışın qrup mərhələsində misirli və hindistanlı rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

İdmançımız ardıcıl iki mərhələdə hindistanlı rəqibləri üzərində qələbə qazanaraq yarımfinaladək irəliləyib. 

Qoşa yarışda isə qrup mərhələsini misirli və hindistanlı rəqibləri üzərində iki qələbə ilə başa vuran Əliyev və Tumkaya tandemi 1/4 finalda da hindistanlı rəqiblərini məğlub edərək turniri yarımfinal mərhələsində başa vurub.   

Namiq HUN

tag: Yarış,Medal,Rəqib,İbrahim Əliyev,Todaypress.az,