Para badmintonçumuz 2 medal qazandı
İdman
23.09.2024 10:21
Azərbaycan para badmintonçusu İbrahim Əliyev İndoneziyada keçirilən beynəlxalq turnirdə adından söz etdirib.
TodayPress xəbər verir ki, idmançımız Surakarta turnirində 1 gümüş və 1 bürünc medal qazanıb.
Əliyev kişi para badmintonçuların qoşa yarışında Sinqapur idmançısı Tay Vey Minqlə tandemdə yalnız finalda Hindistan duetinə 0:2 (12-21,12-21) hesabı ilə uduzuraq “HYDROPLUS Indonesia Para Badminton International 2024” turnirinin gümüş medalına layiq görülüb.
Şəxsi yarışlarda isə qrup mərhələsini 2 qələbə ilə başa vuran İbrahim finalın bir addımlığında hindistanlı rəqibinə 0:2 (17-21,11-21) hesabı ilə uduzaraq turnirin bürünc medalı ilə kifayətlənib.
Namiq HUN
tag: Para Badminton ,Azərbaycan, Surakarta ,İbrahim Əliyev ,Yarış, todaypress.az,