Para-atletimiz Paris Paralimpiadasına dəvət aldı
İdman
12.07.2024 13:15
Para-atletika üzrə milli komandamızın üzvü Rüfət Rəfiyev Paris-2024 Paralimpiya Oyunlarında iştirak edəcək.
TodayPress xəbər verir ki, idmanın nüvə itələmə növündə mübarizə aparan para atletimizin yüksək idman nəticələri nəzərə alınaraq, ona Dünya Atletika Federasiyası tərəfindən lisenziya verilib.
Qeyd edək ki, Paris Paralimpiadası Rüfət Rəfiyevin iştirak edəcəyi ikinci Oyunlar olacaq. O, Rio-2016 Paralimpiadasında debüt edib.
Namiq HUN
tag: Rüfət Əliyev, Paris, İdman, Atletika, Rio-2016, todaypress.az,