PAOK Deyan Lovrenlə müqavilə imzaladı
"Liverpul”un sabiq futbolçusu Deyan Lovren karyerasını Yunanıstanda davam etdirəcək.
TodayPress xəbər verir ki, müdafiəçinin PAOK klubuna keçidi rəsmiləşib.
Bu barədə Yunanıstan klubunun saytı məlumat yayıb.
35 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, xorvatiyalı futbolçu son olaraq “Lion”da çıxış edib. O, daha əvvəl isə Rusiyanın “Zenit” və İngiltərənin “Liverpul” klublarında forma geyinib.
Xorvatiya millisi ilə 2018-ci il Avropa çempionatının gümüş mükafatçısı olan Deyan Lovren Qətər mundialında bürünc medalı boynundan asıb.
Namiq HUN
tag: Liverpul ,Deyan Lovren ,Yunanıstan, Müqavilə ,Rusiya, İngiltərə, todaypress.az,