“Panatinaikos”un prezidenti 100 min avro cərimələndi

İdman

06.05.2025 09:40

4

Yunanıstanın “Panatinaikos” basketbol klubunun prezidenti Dimitras Yannakopulos 100 min avro cərimələnib.

TodayPress Avroliqanın İntizam Komitəsinə istinadən xəbər verir ki, o, pley-off mərhələsində Türkiyənin “Anadolu Efes” klubu ilə keçirilən 4-cü qarşılaşmadan sonra turnirin rəhbərliyini tənqid edib. 

Yannakopulos qurumu mafiya adlandırıb. Dimitras, Avroliqanın prezidenti Deyan Bodiroqa və Hakimlər Komitəsinin sədri Daniel Xierresuelonu mayın 6-da “Panatinaikos” və “Anadolu Efes” arasında keçiriləcək 5-ci oyuna baxmağa dəvət edib.

Qeyd edək ki, 4 görüşdən sonra pley-off seriyasında hesab bərabərdir. Mayın 6-da Yunanıstanda komandalar arasında həlledici matç keçiriləcək.

Namiq HUN

tag: İdman,Yunanıstan,Panatinaikos,Dimitras Yannakopulos ,todaypress.az,