“Panatinaikos” Ruy Vitoriyaya həvalə olundu
İdman
01.11.2024 11:05
Yunanıstanın “Panatinaikos” futbol klubunun yeni baş məşqçisi məlum olub.
TodayPress Afina təmsilçinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-yaşıllar" portuqaliyalı Ruy Vitoriya ilə anlaşıblar.
O, bu postda istefaya göndərilən Dieqo Alonsonu əvəzləyib.
Ruy Vitoriya son olaraq Misir yığmasını çalışdırıb.
"Panatinaikos" Superliqanın 9 turundan sonra 13 xalla 8-ci yerdə qərarlaşıb.
Namiq HUN
tag: Yunanıstan, Panatinaikos, Məşqçi, Ruy Vitoriya, Misir, todaypress.az,