“Panatinaikos” Baldokun xatirəsinə turnir keçirəcək
İdman
15.10.2024 10:35
Yunanıstan klubu ölən futbolçunun maaşını ailəsinə ödəyəcək.
TodayPress "Daily Mail"ə istinadən xəbər verir ki, “Panatinaikos” klubunun rəhbərliyi bir müddət əvvəl vəfat edən futbolçu Corc Baldokun müqavilə şərtlərini tam olaraq yerinə yetirməyə hazırdır.
“Ağ-yaşıllar” gələn il Baldokun xatirəsinə həsr olunan yoldaşlıq görüşü təşkil edəcək.
Qeyd edək ki, 32 yaşında dünyasını dəyişən Corc Baldok Yunanıstan millisinin heyətində 12 oyunda meydana çıxıb.
Namiq HUN
tag: Yunanıstan ,Ağ Yaşıllar ,Baldok ,Maaş ,Ailə ,todaypress.az,