Panama inamlı qələbə ilə 1/4 finala vəsiqə qazandı

İdman

02.07.2024 10:31

Futbol üzrə Amerika Kubokunda III turun növbəti oyunları keçirilib. 

TodayPress xəbər verir ki, C qrupunda Panama Boliviya ilə qarşılaşıb. Pley-offa vəsiqə uğrunda ABŞ komandası ilə qrup ikinciliyi uğrunda mübarizə aparan panamalılar bu qarşıdurmanı qazanıblar. Panama autsayder Boliviyaya qalib gəlməklə bu uğura nail olub 3:1. Panamalıların heyətində Xose Faxardo Nelson, Eduardo Gerrero və Sezar Yannis fərqlənib. Boliviyanın təsəlli qolunu isə Bruno Miranda vurub. Bu qələbədən sonra ikinci pillədəki yerini qoruyan Panama pley-offa yüksəlib.  

Qrupun digər oyununda isə bir tur öncə mərhələ adlayan  Uruqvay millisi ABŞ-ni minimal fərqlə məğlub edib 1:0. Cənubi amerikalıların heyətində Matias Olivera fərqlənib.  

Namiq HUN

tag: Panama, Qələbə, Amerika, Boliviya, ABŞ, todaypress.az,