“Palmeyras” Rokeni heyətinə qatdı

İdman

01.03.2025 12:38

1346

“Barselona” klubunun hücumçusu Vitor Roke “Palmeyras”a transfer olunub.   

TodayPress Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Braziliya təmsilçisi 20 yaşlı forvard üçün 25 milyon avro ödəyəcəyək.   

Vitor Roke 2024/25 mövsümün ilk yarısını icarə əsasında “Betis” klubunda keçirib.   

Xatırladaq ki, “Barselona” forvardı ötən ilin yanvarında “Atletiko Paranaense”dən 30 milyon avroya transfer etmişdi.   

Kataloniya təmsilçisinin heyətində 16 matçda forma geyən Roke 2 qol vurub.   

Namiq HUN

tag: Palmeyras,Vitor Roke,Futbol,Transfer,Todaypress.az,