Palmer İngiltərədə ilin futbolçusu seçildi
“Çelsi” klubunun yarımmüdafiəçisi Koul Palmer İngiltərə millisinin azarkeşləri tərəfindən ilin futbolçusu seçilib.
TodayPress xəbər verir ki, 22 yaşlı orta xətt onyunçusu sorğuda “Real Madrid” klubunun hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqemi üstələyib.
Üçüncü yerdə “Arsenal”dan Bukayo Saka qərarlaşıb.
Qeyd edək ki, Palmer 17 noyabr 2023-cü ildə İngiltərə millisində debut edib. O, ötən müddət ərzində milli komandanın heyətində meydana çıxdığı 9 oyunda 2 qol vurub.
Namiq HUN
tag: Çelsi ,Koul Palmer ,İngiltərə ,Cud Bellinqem ,Arsenal ,todaypress.az,