Palmer “Çelsi”nin tarixinə düşdü
İdman
09.12.2024 10:57
Futbol üzrə İngiltərə Premyer Liqasının XV turu London derbisi ilə əlamətdar olub.
TodayPress xəbər verir ki, “Tottenhem” - “Çelsi” qarşılaşması qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer London derbisində fərqlənməklə klub tarixində rekord göstəriciyə imza atıb. O, 2024-cü ildə Premyer Liqada 24 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bundan əvvəlki rekord 2001-ci ildə Premyer Liqada 36 effektiv göstəriciyə nail olan Cimmi Floyd Hasselbeynikə məxsus idi.
Namiq HUN
tag: Çelsi ,Liqa, Palmer ,Qol, todaypress.az,