Paketa yenidən məhkəmə qarşısına çıxacaq
İdman
02.11.2024 03:10
Adı mərc qalmaqalında hallanan "Vest Hem" klubunun braziliyalı futbolçusu Lukas Paketa yenidən ifadə verəcək.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi dekabr ayında məhkəmə qarşısına çıxacaq.
Paketa oyun zamanı qəsdən sarı vərəqə almaqda şübhəli bilinir.
Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm “Vest Hem”in heyətində 11 matçda 2 qol vurub.
Namiq HUN
tag: Vest Hem, Braziliya, Lukas Paketa, Futbolçu,Matç, todaypress.az,