Ozobiç unikal göstəriciyə imza atdı

İdman

23.12.2024 12:13

Premyer Liqanın XVIII turu Filip Ozobiç üçün əlamətdar olub.

TodayPress xəbər verir ki, “Turan Tovuz”la səfər oyununda fərqlənən yarımmüdafiəçi “Neftçi”nin heyətində çempionatda 10-cu qolunu vurub.

Bu, Ozobiçin 10 və daha çox qol vurduğu 3-cü komandadır. O, “Qəbələ”də 16, “Qarabağ”da isə 35 dəfə rəqib qapısına yol tapıb.

Filip Ozobiç Azərbaycan çempionatları tarixinə üç klubda 10 və daha çox qol vuran ilk legioner futbolçu kimi düşüb. 

Ümumilikdə xorvatiyalı yarımmüdafiəçi üç və daha çox komanda ilə 10 və ya daha çox qola imza atan 16-cı futbolçudur.

Qeyd edək ki, mütləq rekord Kənan Kərimova məxsusdur. O, beş fərqli klubda buna nail olub. Kərimov “Qarabağ”da 16, “Kəpəz”də 14, “Şəmkir”də 19, “Turan”da 15, “Qəbələ”də isə 11 dəfə fərqlənib. 

Namiq HUN

tag: Futbol ,Klub, Çempionat ,Komanda ,todaypress.az,